Qelebə.az / Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

6-09-2022, 13:30

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

"QELEBE.AZ"un məlumatına görə, 35 yaşlı baş hakim Avstriyada “Şturm” (Qrats) və Danimarka “Midtüllan”ı arasında keçiriləcək I tur matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmrəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də "Sturmstadion Liebenau" arenasında təşkil olunacaq F qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Geri qayıt