Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının əsas və həlledici oyununa – final matçına çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Elşad Quliyevin yetirmələri Milli Gimnastika Arenasında Macarıstan komandası ilə üz-üzə gələcək.
Final oyunundan əvvəl Serbiya və Monteneqro milliləri arasında üçüncü yer uğrunda görüş baş tutub.
Qarşılaşma serblərin qələbəsi ilə yekunlaşıb - 3:0.
Dünya çempionatı
3-cü yer uğrunda görüş
18:00. Monteneqro - Serbiya 0:3
Final
20:00. Azərbaycan – Macarıstan