Qelebə.az / Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

Azərbaycan və İsrail arasında idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək

20-12-2022, 16:53

Azərbaycanla İsrail arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq daha da genişləndiriləcək.

"QELEBE.AZ"un məlumatına görə, bu məsələ gənclər və idman naziri Fərid Qayıbovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşü zamanı müzakirə olunub.

Görüşdə səfirin müavini Doron Per və iqtisadi məsələlər üzrə köməkçisi Vüsal Vüsalzadə də iştirak ediblər.

Geri qayıt