Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kubokuna start verilib.
QELEBE.AZ xəbər verir ki, ilk yarış günündə milli komandamız bir medal qazanıb. -78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirdə 30 ölkədən 306 cüdoçu mübarizə aparır. Ölkəmiz Avropa Kubokunda 8 qadın cüdoçu ilə təmsil olunur.