Qelebə.az / Ceko “Fənər”lə vidalaşıb

Ceko “Fənər”lə vidalaşıb

30-05-2025, 20:49

Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça"da ayrılıq yaşanıb.

QELEBE.AZ xəbər verir ki, "sarı-lacivərdlilər"in ulduz futbolçusu Edin Ceko komandanı tərk edib.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 39 yaşlı hücumçu "Fənər"in heyətində iştirak etdiyi 99 rəsmi matçda 46 qol, 18 assistlə yadda qalıb.

Geri qayıt