Lautaro Martinez “Atletiko”da Antuan Qrizmannı əvəz edə bilər.
QELEBE.AZ “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi klubu tərk edə biləcək Qrizmanna əvəzləyici axtarır.
34 yaşlı fransız “Los-Anceles”lə danışıqlar aparır. "Atletiko" fransızın yerinə "İnter"in hücumçusu Lautaro Martinesi transfer etməyi planlaşdırır.
Potensial sövdələşmənin təfərrüatları açıqlanmayıb.
Ötən mövsüm Martinez "İnter"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 7 məhsuldar ötürmə edib.