Qelebə.az / Azərbaycan millisinin Avropa Gümüş Liqasında keçirəcəyi oyunların proqramı açıqlanıb

Azərbaycan millisinin Avropa Gümüş Liqasında keçirəcəyi oyunların proqramı açıqlanıb

30-05-2025, 12:43

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin Avropa Gümüş Liqasında keçirəcəyi oyunların proqramı açıqlanıb.

"Report" Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir. 

Tbilisidə 5 gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

Yığma Avropa Gümüş Liqasında ilk turun oyunlarını iyunun 6-8-də İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 13-15-də Azərbaycanda, üçüncü tur isə iyunun 20-22-də Farer adalarında təşkil olunacaq.

Avropa Gümüş Liqası

Kişilər

I tur (İsveç)

6 iyun

17:00. Azərbaycan - İsveç

7 iyun

17:00. Gürcüstan - Azərbaycan

8 iyun

17:00. İsveç – Gürcüstan

II tur (Azərbaycan)

13 iyun

18:00. Lüksemburq - Azərbaycan

14 iyun

18:00. Macarıstan – Lüksemburq

15 iyun

18:00. Azərbaycan - Macarıstan

III tur (Farer adaları)

20 iyun

19:00. Azərbaycan - Farer adaları

21 iyun

17:00. Avstriya – Azərbaycan

22 iyun

17:00. Farer adaları – Avstriya

Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.

Geri qayıt