Qelebə.az / Avropa Qızıl Liqası: Azərbaycan millisi mübarizəyə başlayır

Avropa Qızıl Liqası: Azərbaycan millisi mübarizəyə başlayır

30-05-2025, 11:59

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəyə start verir. 

QELEBE.AZ xəbər verir ki, komandamız bu gün Macarıstan yığması ilə üz-üzə gələcək.

GİN-in Voleybol Mərkəzində baş tutacaq bu görüşün start fiti saat 18:00-da səslənəcək. 

Faiq Qarayevin yetirmələri ilk turun oyunlarını Bakıda keçirəcəklər. Paytaxtımızda təşkil olunan bu turun hakimləri serbiyalı Dejan Rogic, türkiyəli Caner Cildir və həmyerlimiz Eldar Zülfüqarovdur.

Avropa Qızıl Liqası (qadınlar)

30.05.2025

18:00 Macarıstan - Azərbaycan  

Geri qayıt