Qelebə.az / "Yunayted" Eriksenlə yollarını ayırıb

"Yunayted" Eriksenlə yollarını ayırıb

30-05-2025, 13:14

Premyer Liqa təmsilçilərindən "Mançester Yunayted" Kristian Eriksenlə yollarını ayırıb. 

QELEBE.AZ xəbər verir ki, bu barədə 33 yaşlı mərkəz müdafiəçisi sosial media hesabında paylaşım edib. 

Danimarkalı 2022-ci ilin iyul ayından İngiltərə nəhənginin formasını geyinirdi. 

O, bu mövsüm "Yunayted"in heyətində 35 oyuna çıxıb, 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Geri qayıt