Qelebə.az / Azərbaycanın futbol hakimləri 2025/2026 mövsümünə Bakıda hazırlaşacaqlar

Azərbaycanın futbol hakimləri 2025/2026 mövsümünə Bakıda hazırlaşacaqlar

30-05-2025, 11:31

Azərbaycanın futbol hakimlərinin yayda təlim-məşq toplanışı olacaq.

"Report"un məlumatına görə, ədalət təmsilçiləri 2025/2026 mövsümünə Bakıda hazırlaşacaqlar.

Toplanışın iyulun ikinci yarısında start götürəcəyi planlaşdırılır. Referilərin bir neçə yoxlama oyunu idarə edəcəyi də gözlənilir.

Qeyd edək ki,Azərbaycan hakimləri qışda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olublar.

Geri qayıt