Futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.
"Report"un məlumatına görə, 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a 1:0 hesabı ilə qalib gələn "Səbail" adını növbəti raunda yazdırıb. Görüşdəki yeganə qolu 73-cü dəqiqədə qonaqların hücumçusu Qoba Zakpa vurub.
"Dənizçilər" "ASK Arena"dakı ilk qarşılaşmada da rəqibini məğlub etmişdi - 3:2. Beləliklə, iki görüşün nəticəsinə əsasən mərhələ adlayan Mahmud Qurbanovun baş məşqçi olduğu kollektiv yarımfinalda "Qəbələ"yə rəqib olub.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.