Qelebə.az / "Qarabağ"ın qapıçısı Polşa millisinə dəvət alıb

"Qarabağ"ın qapıçısı Polşa millisinə dəvət alıb

27-05-2025, 16:23

"Qarabağ" klubunun qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Polşa yığması iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da səfərdə dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə üz-üzə gələcək.

Geri qayıt