Qelebə.az / "Neftçi" legioneri ilə müqaviləni pozub

"Neftçi" legioneri ilə müqaviləni pozub

19-12-2022, 18:05

"Neftçi" futbolçusu Mamadu Mbocla vidalaşıb.

"QELEBE.AZ"un klubun rəsmi saytına istinadən məlumatına görə, seneqallı müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş 29 yaşlı oyunçu 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2020/2022 mövsümündə Azərbaycan çempionu olub.

Geri qayıt