Qelebə.az / “Araz-Naxçıvan” baş məşqçi ilə müqavilənin müddətini uzadıb

“Araz-Naxçıvan” baş məşqçi ilə müqavilənin müddətini uzadıb

27-05-2025, 13:13

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə müqavilənin müddətini uzadıb. 

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Mütəxəssis 2025/2026 mövsümündə də “qırmızı-ağlar”da işləyəcək. Onunla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2024/2025 mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

Geri qayıt