Qelebə.az / Polşa Minifutbol Federasiyasının prezidenti Bakıdakı qonaqpərvərliyə heyran qalıb

Polşa Minifutbol Federasiyasının prezidenti Bakıdakı qonaqpərvərliyə heyran qalıb

27-05-2025, 09:56

Polşa Minifutbol Federasiyasının prezidenti Mixal Burjinski Bakıdakı qonaqpərvərliyə heyran qalıb.

Funksioner bunu "QELEBE.AZ"a açıqlamasında deyib.

O, Azərbaycanda təşkil olunan minifutbol üzrə dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb:

"Mundial çox yaxşı təşkil olunub. Belə olacağını da gözləyirdik. Azərbaycanda minifutbolun yüksək səviyyədə olduğunu da bilirik. Dövlətiniz həmişə idmana dəstək olur".

O, Bakıda gördüklərinə heyran qaldığını söyləyib:

"Yarışın keçirildiyi Milli Gimnastika Arenası əladır. Atmosfer də möhtəşəmdir. Bu turnir üçün çalışan çox sayda insan var. Bakıdakı qonaqpərvərlik də bizi heyran edib".

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq

Geri qayıt