Qelebə.az / Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib

Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib

26-05-2025, 21:30

Azərbaycanın 3x3 basketbol üzrə millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib.

"Report" xəbər verir ki, yığma qrupdakı ilk oyununda Niderlanda 13:19 hesabı ilə məğlub olub.

İkinci görüşdə komanda Çexiyanın "Praqa" klubuna 16:12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb.

Milli bu raundda C qrupunun lideri Latviya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, oyun mayın 27-də, saat 18:15-də başlayacaq.

Geri qayıt