Qelebə.az / Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrupu lider tamamlayıb

Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrupu lider tamamlayıb

26-05-2025, 19:14

Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb.

"QELEBE.AZ"un məlumatına görə, III turda Gürcüstan ilə qarşılaşan çexiyalılar heç-heçəyə (2:2) razılaşıblar.

Hər iki kollektiv G qrupunda 7 xala malik olsa da, əlavə göstəricələ görə üstün olan Çexiya qrupu birinci bitirib.

Komandalar növbəti mərhələyə adlayıblar.

3 xala malik Birləşmiş Ərəb Əmirlikləri yığması və 0 xalı olan Argentina mübarizəni dayandırıb.

Foto: Vüqar Xanlarov

Geri qayıt