Qelebə.az / Ten Haq "Bayer Leverkuzen"in baş məşqçisi təyin olunub

Ten Haq "Bayer Leverkuzen"in baş məşqçisi təyin olunub

26-05-2025, 15:35

Xabi Alonso ilə yollarını ayıran "Bayer Leverkuzen"in yeni baş məşqçisi müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Alonsonu Erik ten Haq əvəzləyəcək. Niderlandlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Erik ten Haqın son iş yeri "Mançester Yunayted" olub.

Geri qayıt