Qelebə.az / Kosta Rika minifutbol millisinin kapitanı: "Bakını gəzmək şansımız oldu, şəhəriniz çox gözəldir"

Kosta Rika minifutbol millisinin kapitanı: "Bakını gəzmək şansımız oldu, şəhəriniz çox gözəldir"

26-05-2025, 15:38

Kosta Rika millisinin üzvləri Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ilə erkən vidalaşdıqları üçün məyus olublar.

Bunu "QELEBE.AZ"a açıqlamasında komandanın kapitanı Joze Morales deyib.

O, buraxdıqları səhvlərin üzərində çalışacaqlarını bildirib:

"Məyusuq. Amma öz üzərimizdə işləməyə davam edəcəyik. Rəqiblərimiz də zəif deyildi. Turnirdə mübarizəni davam etdirən digər yığmalara uğurlar arzulayıram".

O, Bakıdakı mundialın təşkilatçılarına təşəkkür edib:

"Belə yarış üçün ölkənizə minnətdaram. Hər şey mükəmməldir. Az da olsa, Bakını gəzmək şansımız oldu, şəhəriniz də çox gözəldir".

Qeyd edək ki, Kosta Rika millisi bu gün E qrupunun matçında Tailanda 1:4 hesabı ilə uduzub. Əvvəlki iki oyunda da məğlub olan Mərkəzi Amerika təmsilçisi mübarizəni dayandırıb.

Geri qayıt