Çad Minifutbol Federasiyasının prezidenti Mahamat İssak Soqa Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.
O, bunu “QELEBE.AZ”a açıqlamasında deyib.
Qurum rəhbəri Azərbaycan millisinin finala yüksələcəyinə inanır:
“Təşkilatçılıq əladır. Çünki 32 komanda var və bu həm də ölkələr arasında münasibət qurmaq baxımından yaxşıdır. Həmçinin Azərbaycanda keçirilən dünya çempionatının açılış mərasimi son dörd yarışda ən yaxşılarından biri idi. Ümidvarıq ki, sona qədər belə davam edəcək və Azərbaycan finala yüksələcək. Niyə də olmasın? Çünki təşkilatçı ölkədir”.
O, komandanın çıxışına da toxunub:
“Oyun bir az çətin keçdi. 0:3 hesabı ilə uduzduq. 1/8 finala çıxmaq üçün heç-heçə və ya qələbə gözləyirdik. Amma çox təəssüf ki, Özbəkistan həm ruh, həm də dözümlülük baxımından bizdən üstün idi. Növbəti dəfə əlimizdən gələni edəcəyik. Bir neçə şansımız oldu, ancaq qol vura bilmədik. Bu futboldur. Fürsəti boşa verirsənsə, məğlub ola bilərsən”.