Qelebə.az / Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

6-09-2022, 10:30

Çimərlik futbolu üzrə Qazaxıstan millisinin üzvü Roman Boqdanov dünyasını dəyişib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı oyunçu Pavlodarda İrtış çayında balıq tutarkən boğularaq ölüb.

Boqdanov "Arman" klubunun da üzvü idi.

Geri qayıt