Qelebə.az / “Milan” mövsümü qələbə ilə başa vurdu

“Milan” mövsümü qələbə ilə başa vurdu

25-05-2025, 01:58

İtaliya A Seriyasında XXXVIII turun daha iki oyunu baş tutub.

QELEBE.AZ xəbər verir ki, İtaliya kubokunun sahibi "Bolonya" öz meydanında uduzub.

Bolonyalılar "Cenoa" 1:3 hesabı ilə uduzublar. "Milan" mövsümü yüksək notlarla başa vurub. Avropa kuboklarından kənarda qalan milanlılar "Montsa"ya 2:0 hesabı ilə qalib gəliblər.

İtaliya A Seriyası
XXXVIII tur

21:00. "Bolonya" - "Cenoa" - 1:3
22:45. "Milan" - "Monza" - 2:0

Geri qayıt