Qelebə.az / "İnter"in futbolçuları zədələnib

"İnter"in futbolçuları zədələnib

24-05-2025, 15:51

İtaliya təmsilçisi "İnter"in iki futbolçusu - Benjamen Pavar və Piotr Zielinski zədələnərək sıradan çıxıblar.

"QELEBE.AZ" "Corriere dello Sport"a istinadən xəbər verir ki, hər iki oyunçu A Seriyasının XXXVIII turunda "Komo"ya qarşı keçirilən matçda meydana çıxa bilməyib.

Lakin adıçəkilən futbolçuların PSJ-yə (Fransa) qarşı UEFA Çempionlar Liqasının final görüşünə qədər sağalacağı gözlənilir.

Qeyd edək ki, PSJ - "İnter" qarşılaşması mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Geri qayıt