Türkiyədə Super Liqaya vəsiqə uğrunda yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
QELEBE.AZ xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" "Bandırmaspor"la qarşılaşıb.
Həmyerlimizin komandası minimal hesabla məğlub olub – 0:1. İlk oyunda da uduzan (1:4) Bolu təmsilçisi mübarizəni dayandırıb.
İsgəndərli oyuna 72-ci dəqiqədə daxil olub.