Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
“Report”un məlumatına görə, komandalar qrup mərhələsinin II turunda 8 oyun keçiriblər.
Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.
A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini qazanıb - 4:0. Yığmamızın rəqiblərindən Mavritaniya və Bəhreyn seçmələrinin duelində Afrika təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
A qrupu
B qrupunda mübarizə aparan Fransa Özbəkistanın müqavimətini qıra bilməyib və görüş 3:3 hesabı ilə yekunlaşıb. Qrupun digər oyununda isə günün sensasiyası qeydə alınıb. Son dünya çempionu Rumıniyaya 4:2 hesabı ilə qalib gələn Çad aktivinə ilk 3 xalı yazdırıb.
İngiltərə və Macarıstan komandalarının qarşılaşdığı C qrupunda tərəflər qalibi müəyyənləşdirə bilməyiblər -1:1. Digər matçda isə Türkiyə Ukrayna yığmasını 3:1 hesabı ilə üstələyərək ilk qalibiyyətini əldə edib.
C qrupuD qrupunda Bolqarıstan Hindistanı böyük hesabla məğlub edib - 5:0. Portuqaliya yığması isə Slovakiya üzərində 2:1 hesablı qələbə qazanaraq xallarının sayını 6-ya yüksəldib və növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib.
D qrupuQeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.