Qelebə.az / I Liqa: Pley-off matçının vaxtı müəyyənləşib

I Liqa: Pley-off matçının vaxtı müəyyənləşib

23-05-2025, 18:28

2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 4-cü olmuş komanda 28 may saat 16:00-da “ASCO Arena”da pley-off oyununda üz-üzə gələcəklər.

QELEBE.AZ xəbər verir ki, bununla əlaqədar mayın 26-da (bazar ertəsi) saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

I Liqada mövsümü 9-cu pillədə “Difai” bitirib. II Liqada isə 4-cü “Hypers Guba” olub.

2025/26 mövsümündə II liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcək.

I Liqada çıxış etmək uğrunda pley-off

28 may, 16:00

“ASCO Arena” (“CBC Sport” canlı)

Geri qayıt