Qelebə.az / Bakıda keçirilən dünya çempionatında Bosniya və Herseqovina ABŞ yığmasına qalib gəlib

Bakıda keçirilən dünya çempionatında Bosniya və Herseqovina ABŞ yığmasına qalib gəlib

22-05-2025, 20:27

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Bosniya və Herseqovina ABŞ yığmasına qalib gəlib.

"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan F qrupunun matçında avroplalılar 4:2 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0), Çexiya Argentinanı (2:1), Polşa Qazaxıstanı (2:1) məğlub edib. Monteneqro - Tailand matçında qalib müəyyənləşməyib - 1:1.

FOTO: Mircavid Eminoğlu

Geri qayıt