Qelebə.az / İspaniya millisinin baş məşqçisi: "Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır, biz çox məmnunuq"

İspaniya millisinin baş məşqçisi: "Bakıdakı dünya çempionatının təşkilatçılığı idealdır, biz çox məmnunuq"

22-05-2025, 15:29

İspaniya minifutbol millisinin baş məşqçisi Asenxo Fernandes Fransisko Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndirib.

Mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.

O, minifutbol üçün salınan meydançanın heyrətamiz olduğunu deyib:

"Təşkilatçılıqla bağlı hər şey idealdır, biz çox məmnunuq. Meydança heyrətamizdir. Könüllülər hər kəsə lazımi şəkildə kömək edirlər. Bir sözlə, hər şey yaxşıdır".

Baş məşqçi komandasının oyununu da qiymətləndirib:

"Ən mühüm olan odur ki, ilk oyunda qələbə qazandıq. Bu, komandada özünəinam yaradır. Deyə bilərəm ki, komanda yaxşı oyun göstərdi. Artıq növbəti qarşılaşmaya köklənəcəyik".

Qeyd edək ki, H qrupunun oyununda bu gün Qana ilə üz-üzə gələn İspaniya millisi 3:0 hesablı qələbə qazanıb.

Geri qayıt