Bu gün Region Liqasının final oyunu keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, həlledici görüşdə “Xankəndi” ilə “Şirvan” üz-üzə gələcək. Qəbələ şəhər stadionunda baş tutacaq matça 17:00-da start veriləcək.
Bu gün eyni zamanda üçüncü yerin sahibi də məlum olacaq. “Bürünc” uğrunda “Göyəzən” və “Ağstafa Gəncləri” qarşılaşacaq. Görüşə saat 14:00-da start veriləcək.
Region Liqasının qalibi yeni mövsümdə II Liqada mübarizə aparacaq. Gümüş medalçı isə pley-off oynayacaq.