Qelebə.az / Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

16-12-2022, 22:33

Braziliyanın "Atletiko Mineyro" komandası futbolçusu Halkla müqaviləni uzadıb.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə 1,5+1 illik yeni sözləşmə imzalanıb.

Təcrübəli forvardın komandası ilə hazırkı müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatmalı idi.

Qeyd edək ki, Halk bu il "Atletiko Mineyro"nun heyətində bütün turnirlərdə 46 oyuna 29 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt