Qelebə.az / Portuqaliya millisi Bakıdakı dünya çempionatına qələbə ilə başlayıb

Portuqaliya millisi Bakıdakı dünya çempionatına qələbə ilə başlayıb

21-05-2025, 12:42

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan günün üçüncü matçında Portuqaliya yığması Bolqarıstanla üz-üzə gəlib.

D qrupunun görüşü Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Macarıstanla heç-heçə edib (1:1), Fransa isə Çada qalib gəlib - 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Foto: Məhəmməd Ağayev

Geri qayıt