Qelebə.az / AFFA "Zirə" və "Şamaxı"nı cərimələyib

AFFA "Zirə" və "Şamaxı"nı cərimələyib

21-05-2025, 12:52

AFFA Misli Premyer Liqasında çıxış edən "Zirə" və "Şamaxı" klublarını cərimələyib.

"Report" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

XXXV turun “Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə ev sahibi klub 800 manat cərimələnib.

“Şamaxı” – “Araz-Naxçıvan” matçında isə meydan sahibləri 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Geri qayıt