Qelebə.az / Türkiyə yığması Bakıdakı dünya çempionatına heç-heçə ilə start verib

Türkiyə yığması Bakıdakı dünya çempionatına heç-heçə ilə start verib

21-05-2025, 11:29

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəliblər.

C qrupunun qarşılaşması heç-heçə yekunlaşıb - 1:1.

Qeyd edək ki, bu gün daha altı qarşılaşma baş tutacaq. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib - 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Foto: Məhəmməd Ağayev

Geri qayıt