Qelebə.az / Kristiano Ronaldo Portuqaliya millisinə çağırılıb

Kristiano Ronaldo Portuqaliya millisinə çağırılıb

21-05-2025, 10:27

Kristiano Ronaldo Portuqaliya millisinin heyətinə cəlb olunub.

QELEBE.AZ xəbər verir ki, baş məşqçi Roberto Martines 40 yaşlı futbolçuya UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün dəvət göndərib.

Karyerasını "Əl-Nəsr"də davam etdirən forvard yarımfinal qarşılaşmasında Almaniyaya qarşı forma geyinə bilər.

Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisində forma geyinən Ronaldo indiyədək 219 matçda 136 qol vurub.

Geri qayıt