Qelebə.az / "Mançester Siti"nin futbolçusu yenidən yaşıl meydanlara qayıdır

"Mançester Siti"nin futbolçusu yenidən yaşıl meydanlara qayıdır

20-05-2025, 19:21

İngiltərə təmsilçisi "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri yenidən yaşıl meydanlara qayıdır.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola 28 yaşlı futbolçunu bu gün Premyer Liqanın XXXVII turunda qarşılaşacaqları "Bornmut"la matçın heyətinə daxil edəcək.

Qeyd edək ki, ispaniyalı oyunçu sentyabrda dizindən ciddi zədə aldığı üçün uzun müddətə sıradan çıxmışdı.

Geri qayıt