Qelebə.az / Elvin Əlizadə: "Bunun nəticəsini birlikdə görəcəyik"

Elvin Əlizadə: "Bunun nəticəsini birlikdə görəcəyik"

19-05-2025, 18:48

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransı təşkil olunub.

Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin futbolçusu Elvin Əlizadə də iştirak edib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Son dünya çempionatındakı komandamızla indiki arasında fərq çoxdur? Minifutbolda Avropa çempionu olmusuz, yalnız dünya çempionluğu qalıb. Bu məqam motivasiyanızı artırır?
- Daha da yaxşılaşmışıq. Lap yaxşı duruma gəlmişik. Bunun da nəticəsini birlikdə görəcəyik. Dünya çempionu olsaq, lap yaxşı. Uğurumuzu daha da artırarıq.

- Futbolçuların hazırkı durumu necədir? Kollektivlə yəqin ki, söhbətləşirsiz...
- Hər şey yaxşıdır. Baş məşqçinin texniki-taktiki, fiziki tapşırıqlarını yerinə yetirməyə çalışmışıq. Heç bir problem yoxdur.

Geri qayıt