Qelebə.az / Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

16-12-2022, 14:11

42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi Semuel Şenklend dekabrın 17-24-də Bakıda təşkil olunacaq “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək.

Turnirin mətbuat xidmətindən “QELEBE.AZ”a verilən məlumata görə, qrosmeyster bunun üçün Bakıya gəlib.

Turnirdə 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasına 2016-cı ildə Bakı ev sahibliyi edib.

Geri qayıt