Almaniya II Bundesliqasında XXXIV turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" də növbəti matçına çıxıb.
Komanda "Ayntraxt Braunşvayq"la qarşılaşır.
Mahir görüşə start heyətdə başlayıb. O, 10 və 20-ci dəqiqələrdə fərqlənməyi bacarıb.
Qeyd edək ki, hazırda "Nürnberq" turnir cədvəlində 45 xalla 10-cu, "Ayntraxt Braunşvayq" isə 35 xalla 16-cıdır.