İtaliya A Seriyasında XXXVII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk gün 1 matç keçirilib.
“Cenoa” öz meydanında “Atalanta” ilə qarşılaşıb. Ev sahibləri ilk hissəni üstün başa vursalar da, üstünlüklərini qoruyub saxlaya bilməyiblər. Qonaqlar geridönüş edərək rəqib üzərində 3:2 hesablı əzmkar qələbə qazanıblar.
İtaliya A Seriyası
XXXVII tur
22:45. “Cenoa” - “Atalanta” - 2:3