Qelebə.az / “Araz-Naxçıvan” azarkeşlərinin avrokubok sevinci - FOTO+VİDEO

“Araz-Naxçıvan” azarkeşlərinin avrokubok sevinci - FOTO+VİDEO

17-05-2025, 21:41

Misli Premyer Liqasının XXXV turu çərçivəsində 3 qarşılaşma baş tutub.

Apasport.az xəbər verir ki, Naxçıvanı təmsil edən, lakin indiyədək həmin şəhərdə heç bir oyun keçirməmiş “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”la qarşılaşıb.

Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Bu nəticə ilə xallarının sayını 58-ə çatdıran “Araz-Naxçıvan” bürünc medalları qazanmağa nail olub. 

Komanda bununla da gələn mövsüm ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək.

Əldə olunan bu uğur həm klub daxilində, həm də Naxçıvan şəhərində — bu vaxta qədər komandanın arxasında aktiv şəkildə görünməyən azarkeşlər arasında böyük sevinclə qarşılanıb.

Həmin kadrları sizə təqdim edirik:

Geri qayıt