Qelebə.az / Azərbaycan I Liqasında aprel ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Azərbaycan I Liqasında aprel ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

16-05-2025, 17:29

Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində aprelin ən yaxşı qolunun müəllifi olan MOİK-in futbolçusu İbrahim Əliyev mükafatlandırılıb.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mükafatı futbolçuya XXVI turun MOİK - "Mingəçevir" matçından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Geri qayıt