Qelebə.az / "Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

15-12-2022, 18:27

İspaniya "Real Madrid"i Braziliyanın “Palmeyras” komandasında çıxış edən 16 yaşlı futbolçu Endriki heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc hücumçu ilə 5+3 illik müqavilə imzalanıb.

Madrid təmsilçisi bu keçid üçün qarşı tərəfə 60 milyon avro təzminat ödəyəcək. "Real Madrid" 12 milyon avroluq vergi ödənişini də öz üzərinə götürüb.

Qeyd edək ki, Braziliyanın U-16 yığmasının şərəfini qoruyan Endrik 2024-cü ilin yayında, 18 yaşı tamam olanda "kral klubu"na qoşulacaq.

Geri qayıt