Qelebə.az / Benzemanın komandası çempion oldu

Benzemanın komandası çempion oldu

16-05-2025, 01:05

Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümkü çempionu müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, “Əl-İttihad” tarixində 10-cu dəfə bu titula sahib çıxıb.

Komanda XXXII turda səfərdə “Əl-Raed” üzərində 3:1 hesablı qələbə qazanaraq, mövsümün bitməsinə 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, komandanın heyətində Kərim Benzema, Nqolo Kante, Fabinyo və bir çoz ulduz futbolçu yer alır.

Geri qayıt