Qelebə.az / Mbappe "Real Madrid"in 71 illik rekordunu yeniləyib

Mbappe "Real Madrid"in 71 illik rekordunu yeniləyib

15-05-2025, 07:29

"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya klubundakı debüt mövsümündə La Liqada qolların sayına görə rekord qırıb.

QELEBE.AZ xəbər verir ki, fransalı La Liqanın 36-cı turunda "Malyorka"ya qarşı matçda fərqlənib. 

Beləliklə o, La Liqanın cari mövsümündə qollarının sayını 28-ə çatdırıb.

Bundan öncə rekordun sahibi 1953/54 mövsümündə 27 dəfə toru silkələyən Alfredo Di Stefano idi.

Qeyd edək ki, Kilian Mbappe ötən yay azad agent kimi "kral klubu"na keçib. 

Geri qayıt