Qelebə.az / "Barselona"nın çempionluğu ertələndi - “Real”dan əzmkar qələbə

"Barselona"nın çempionluğu ertələndi - “Real”dan əzmkar qələbə

15-05-2025, 01:26

İspaniya La Liqasımda XXXVI turun görüşləri davam edir.

QELEBE.AZ xəbər verir ki, turun son oyununda “Real Madrid” doğma meydanda “Malyorka”nı qəbul edib.

Gərgin keçən oyunun ilk hissəsi qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Lakin “kral klubu” əzmkarlıq nümayiş etdirərək görüşü 2:1 hesabı ilə xeyrinə tamamlayıb.

Madrid təmsilçisi bu qələbə ilə xallarının sayını 78-ə yüksəldib və "Barselona"nın çempionluğunu rəsmiləşdirməsinə mane olub.

İspaniya La Liqası
XXXVI tur

23:30. “Real Madrid” - “Malyorka” - 2:1

Geri qayıt