“Yuventus” klubu yeni mövsüm üçün ev formasını təqdim edib.
QELEBE.AZ xəbər verir ki, “Adidas” tərəfindən hazırlanan geyim dəsti ağ və qara rəngli zolaqlardan ibarətdir. Formada üçüncü rəngdən – çəhrayıdan da istifadə olunub.
“Yuventus” A Seriyasında 36 turdan sonra 64 xalla 4-cü sıradadır.
