Qelebə.az / Millimizin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib

Millimizin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib

14-05-2025, 17:16

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.

Geri qayıt