Qelebə.az / AFFA "Kəpəz" - "Sumqayıt" matçı ilə bağlı cəzaları açıqlayıb

AFFA "Kəpəz" - "Sumqayıt" matçı ilə bağlı cəzaları açıqlayıb

14-05-2025, 13:09

AFFA Misli Premyer Liqasının XXXIV turunda baş tutan "Kəpəz" - "Sumqayıt" matçı ilə bağlı cəzaları açıqlayıb.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mayın 11-də baş tutan görüşün 89-cu dəqiqəsində "Sumqayıt”dan Rəşad Əzizli, "Kəpəz"dən isə Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün ikisi şərti olmaqla 4 oyunluq cəzalandırılıblar. Bununla yanaşı həm Sumqayıt həm də Gəncə təmsilçiləri 3000 manat cərimələniblər. Hər iki oyunçuya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə “Kəpəz” 6 futbolçusunun sarı vərəqə almasına görə 700 manat, azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə isə 1000 manat ziyana düşüb. Oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə Gəncə klubu əlavə 1500 manatda ödəməli olacaq. 

XXXIV turun “Sabah” – “Şamaxı” oyununda isə əsasnamənin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimələnib. 

Geri qayıt