Qelebə.az / Olimpiya çempionu insan alverinə qarşı mübarizə əməliyyatı zamanı saxlanılıb

Olimpiya çempionu insan alverinə qarşı mübarizə əməliyyatı zamanı saxlanılıb

13-05-2025, 16:10

Sərbəst güləş üzrə Olimpiya çempionu, amerikalı Kayl Snayder insan alverinə qarşı mübarizə əməliyyatı zamanı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb .

O, ittihamda adı hallanan 16 nəfərdən biridir.

Əməliyyat Kolumbusda keçirilib. İdmançı əxlaqsızlığı təbliğ edən onlayn reklam platformasında qeyd olunan nömrəyə zəng edərək görüş təyin edib. Bu hadisədən sonra o saxlanılıb, lakin daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Kayl Snayderin 29 yaşı var. O, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən olimpiadada qızıl, Tokio-2020-də isə gümüş medal qazanıb. Snayderin hesabında dünya çempionatının üç qızıl medalı da var.

Geri qayıt