Qelebə.az / "Nyukasl"ın müdafiəçisi karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər

"Nyukasl"ın müdafiəçisi karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər

13-05-2025, 10:18

İngiltərənin "Nyukasl" klubunun 22 yaşlı müdafiəçisi Tino Livramento karyerasını Premyer Liqanın digər təmsilçisində davam etdirə bilər.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, futbolçunun transferində “Mançester Siti” maraqlıdır.

Livramentonun "Nyukasl"la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, 2023-cü ildən İngiltərə klubunda çıxış edən arxa xətt oyunçusu bu mövsüm meydana çıxdığı 43 oyunda bir məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" onun dəyərini 35 milyon avro qiymətləndirir.

Geri qayıt